Kembric məzunu Ukraynanı “Miss Universe 2026”da təmsil edəcək

“Miss Universe Ukraine 2026” titulunun qalibi 22 yaşlı kiyevli Anna Nikonova olub. O, noyabrda Puerto-Rikoda keçiriləcək “Miss Universe 2026” müsabiqəsində Ukraynanı təmsil edəcək.

11

“Miss Universe Ukraine 2026” titulunun qalibi 22 yaşlı kiyevli Anna Nikonova olub.

MSNews.az xəbər verir ki, bu barədə Ukrayna mediası “RBC-Ukraine” və “TSN” milli seçim təşkilatçılarına istinadən məlumat yayıb. Bildirilib ki, Nikonova bu ilin noyabrında Puerto-Rikoda keçiriləcək beynəlxalq “Miss Universe 2026” müsabiqəsində Ukraynanı təmsil edəcək. “Miss Universe Organization”ın rəsmi açıqlamasına görə, müsabiqənin 75-ci buraxılışı 2026-cı ilin noyabrında San-Xuandakı “Coliseo de Puerto Rico José Miguel Agrelot” arenasında baş tutacaq.

“RBC-Ukraine” yazır ki, Anna Nikonova təhsil psixologiyası üzrə mütəxəssisdir və Kembric Universitetində magistratura təhsili alıb. O, hazırda A+ təhsil holdinqində beynəlxalq tərəfdaşlıqlar üzrə koordinator kimi çalışır. Mənbənin məlumatına görə, onun elmi maraqları uşaqların inkişafı, emosional intellekt və psixoloji baxımdan təhlükəsiz təhsil mühiti ilə bağlıdır.

“TSN”in məlumatına əsasən, milli seçim bu il realiti-şou formatında keçirilib. Final mərhələsində iştirakçıların podium çıxışı, özünü təqdimetmə bacarığı, ingilis dili səviyyəsi və Ukraynanın milli kostyumu üçün eskizləri qiymətləndirilib. Münsiflər heyətinin yekdil qərarı ilə qalib Anna Nikonova seçilib.

Nikonova müsabiqədə iştirakını yalnız gözəllik yarışı kimi deyil, Ukraynanı beynəlxalq platformada tanıtmaq imkanı kimi gördüyünü bildirib. “RBC-Ukraine” onun sözlərinə istinadən yazır ki, Nikonova dünyanın Ukraynanı “ağıllı, təhsilli, müasir və sarsılmaz” ölkə kimi görməsini istəyir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031