Keisuke Honda İranı dəstəklədi – ABŞ şirkəti reklam müqaviləsini ləğv etdi

Keisuke Honda, 2026-cı il FIFA Dünya Kubokunda İranın iştirakını dəstəklədiyini açıqladı. ABŞ şirkəti isə reklam müqaviləsini dayandırdı.

33

Yaponiyanın tanınmış futbolçusu Keisuke Honda İran Milli Futbol Komandasının 2026-cı il FIFA Dünya Kubokuna qatılmasını dəstəklədiyini açıqlayıb.

Honda, ABŞ mərkəzli bir şirkətlə bağlanması planlanan reklam müqaviləsinin bu açıqlamasından sonra dayandırıldığını bildirib. Sosial media hesabında paylaşım edən 39 yaşlı keçmiş futbolçu, “Bilirəm, çox həssas mövzudur, amma mən şəxsən İranın Dünya Kubokuna qatılmasını istəyirəm” deyib. Honda şirkətin qərarına qarşı çıxaraq, “Bərbad qərarlar alan şirkətlər, onsuz daha yaxşıyıq” ifadəsini işlədib.

Honda futbol karyerasını 2024-cü ilin sonunda bitirib, AC Milan, Botafoqo və Vitesse kimi klublarda çıxış edib. O, 98 oyun keçirərək 37 qol vurub.