Kanadada liseyə silahlı hücum: 10 ölü, 25‑dən çox yaralı

Kanadanın Britaniya Kolumbiyası əyalətində Tumbler Ridge liseyində baş verən silahlı hücumda ən az 10 nəfər ölüb və 25‑dən çox insan yaralanıb

42

Kanadanın Britaniya Kolumbiyası əyalətində, “Tumbler Ridge Secondary School” liseyində 10 fevral 2026‑cı il tarixində kütləvi silahlı hücum baş verib.

Rəsmi mənbələrin verdiyi məlumata görə, məktəbdə və yaxınlıqda baş verən  insident zamanı ən az 10 nəfər həyatını itirib, o cümlədən şübhəli şəxs də ölüb, və təxminən 25‑dən çox insan xəsarət alıb. RCMP (Kanada Krallıq Atlı Polisi) hücumla bağlı ilkin məlumatda 6 cəsədin məktəbdə tapıldığını, bir şəxsin xəstəxanaya aparılarkən öldüyünü və iki nəfərin də yaxınlıqdakı evdə həlak olduğunu açıqlayıb. Şübhəli şəxsin məktəbdə özünü öldürdüyü bildirilib.

Olay zamanı yaralananlar arasında bir neçəsinin vəziyyətinin kritik olduğu və xəstəxanada müalicə aldığı xəbər verilir. Hadisə şəhərdə və ölkədə böyük şok effekti yaradıb, rəsmi şəxslər, o cümlədən Baş nazir Mark Karney və Britaniya Kolumbiyasının Baş naziri David Ebi faciə ilə bağlı dərin kədərlərini ifadə ediblər. Polis tərəfindən verilən açıqlamada əlavə təhlükə olmadığı və bölgədəki məktəblərin qısa müddətə bağlandığı qeyd olunub. Bu hücum Kanada tarixindəki ən ölümcül ikinci məktəb atışması kimi qiymətləndirilir.