Kanada millisi dünya çempionatının 1/16 final mərhələsində Cənubi Afrika Respublikasını 1:0 hesabı ilə məğlub edib.
MSNews.az xəbər verir ki, qarşılaşma ABŞ-ın İnqlvud şəhərində yerləşən “SoFi Stadium”da keçirilib. Oyunda yeganə qol əlavə vaxtda vurulub. Kanada millisinin futbolçusu Stiven Eustakio 90+2-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra Kanada mundialın növbəti mərhələsinə yüksəlib. Cənubi Afrika Respublikası isə turnirdə mübarizəni dayandırıb.
Kanada millisinin kapitanı Alfonso Devis Cənubi Afrika ilə oyuna start heyətində başlamayıb. Bildirilib ki, futbolçu hamstrinq zədəsi səbəbindən əsas heyətdən kənarda qalıb və ehtiyat oyunçular sırasında yer alıb.
Cənubi Afrika yığması qrup mərhələsini “A” qrupunda ikinci pillədə başa vuraraq pley-offa yüksəlmişdi. Kanada isə mundialın ev sahiblərindən biri kimi 1/16 final mərhələsində mübarizəni davam etdirirdi.