“Qarabağ” klubunun hücumçusu Kamilo Duran ilk dəfə Kolumbiya milli komandasına dəvət alıb. 24 yaşlı futbolçu mart ayında keçiriləcək yoldaşlıq oyunları üçün yığmaya çağırılıb.
Milli komandaya indiyədək dəvət olunmayan Duran bu mövsüm “Qarabağ”ın heyətində göstərdiyi uğurlu çıxışdan sonra Kolumbiya yığmasının diqqətini cəlb edib. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra isə Fransa millisi ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində keçiriləcək.
Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin avqust ayında “Qarabağ” klubuna transfer olunub.