Kamilo Duran Kolumbiya millisindən kənarda qaldı

“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinin Xorvatiya və Fransa ilə oyunlar üçün heyətinə daxil edilməyib. Klubun əvvəlki paylaşımı isə silinib.

21

Ağdam təmsilçisi “Qarabag” FK-nın futbolçusu Kamilo Duran Kolumbiya millisinin növbəti oyunları üçün açıqlanan heyətə daxil edilməyib

MSNews.az-ın məlumatına görə, Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenzo martın 26-da Xorvatiya, martın 29-da isə Fransa ilə keçiriləcək yoldaşlıq oyunları üçün 26 nəfərlik siyahını müəyyənləşdirib. Bu siyahıda 24 yaşlı futbolçuya yer verilməyib.

Maraqlı məqam ondan ibarətdir ki, cəmi 10 gün əvvəl “Qarabağ” klubu Duranın ilk dəfə Kolumbiya millisindən dəvət aldığını açıqlamışdı. Lakin sonradan həmin paylaşım gözlənilmədən silinib və bu, futbol ictimaiyyətində suallar doğurub.

Hazırda futbolçunun niyə yekun heyətdən kənarda qaldığı ilə bağlı rəsmi açıqlama verilməyib. Analitiklər bunu ya ilkin geniş siyahıdan son ixtisar, ya da texniki anlaşılmazlıq kimi qiymətləndirirlər.