İsrail Trampın İran barışığından tam razı deyil

İsrail hökuməti Trampın İranla iki həftəlik barışığını rəsmi dəstəkləyib, lakin "AP" və "Reuters" məlumatları razılaşmanın şərtləri ilə bağlı narazılıq siqnallarının olduğunu göstərir. 

11

İsrail hökuməti ABŞ prezidenti Donald Trampın İranla əldə etdiyi iki həftəlik barışığı rəsmi olaraq dəstəkləyib, amma razılaşmanın məzmunu ilə bağlı narazılıq əlamətləri də görünür. “Reuters“-in məlumatına görə, Benyamin Netanyahu hökuməti fasiləni yalnız İranın Hörmüz boğazını dərhal açması və ABŞ, İsrail və region ölkələrinə hücumları dayandırması şərti ilə dəstəklədiyini bildirib. İsrail, eyni zamanda, açıq şəkildə vurğulayıb ki, bu barışıq Livandakı əməliyyatlara şamil olunmur.

“Associated Press” isə vəziyyətlə tanış anonim mənbəyə istinadən yazır ki, İsraildə bu razılaşma ilə bağlı narahatlıq var və Təl-Əviv əslində daha çox nəticə əldə etmək istəyirdi. Bu detal, İsrail tərəfinin atəşkəsi qəbul etsə də, onun şərtlərini tam ideal hesab etmədiyini göstərir