İsrail Tehranda İranın yüksək rütbəli komandirini hədəf aldı

İsrail ordusu Tehranda zərbə endirib. Məlumata görə, hücumun hədəfi İranın ali lider aparatının rəhbəri vəzifəsini icra edən Əli Əsgər Mir Hicazi olub.

41

İsrail ordusunun Tehranda həyata keçirdiyi zərbə nəticəsində İran rəhbərliyinə yaxın yüksək vəzifəli şəxsin hədəf alındığı bildirilir.

İsrail Ordusu (SAXAL) Tehranda yüksək rütbəli iranlı komandirə zərbə endirib.

İsrailin “12-ci kanal”ının yaydığı məlumata görə, hücumun hədəfi İranın ali liderinin dəftərxanasının rəhbəri vəzifəsini icra edən Əli Əsgər Mir Hicazi olub.

Məlumata əsasən, zərbə Tehranda həyata keçirilib və hadisə İranın siyasi-hərbi elitası arasında ciddi rezonans doğurub. Hücumun nəticələri və Mir Hicazinin vəziyyəti barədə rəsmi qurumlar tərəfindən hələlik ətraflı məlumat açıqlanmayıb.

Qeyd edək ki, Əli Əsgər Mir Hicazi İranın ali rəhbəri aparatında mühüm fiqurlardan biri hesab olunur və uzun illərdir təhlükəsizlik və siyasi məsələlər üzrə təsirli şəxslərdən biri kimi tanınır.