İsrail Ordusu (SAXAL) Livanda “Hizbullah” və İranın xüsusi təyinatlı “Qüds Qüvvələri”nin əsas rabitə əlaqələndiricisi Hişam Abd əl-Kərim Yasinin zərərsizləşdirildiyini açıqlayıb. Yasin “Hizbullah”ın rabitə bölməsində və “Qüds Qüvvələri”nin “Fələstin korpusu”nda strateji vəzifələrdən birini yerinə yetirirdi.
Zərbə martın 12-də İsrail Hərbi Hava Qüvvələri tərəfindən hərbi kəşfiyyatla koordinasiya şəraitində endirilib. Yasin “Hizbullah” daxilində rabitənin fasiləsizliyinin təmin olunmasına cavabdeh idi və əvvəlki “Şimal Oxları” əməliyyatından sonra qruplaşmanın imkanlarının bərpasını təşkil edirdi.
Bundan əlavə, o, Livanda İranın hərbi mövcudluğunu gücləndirməyə töhfə verib və “Tehranın göstərişi ilə terror hücumlarının təşkili” işini irəli aparırdı.
Məlumatlara görə, “Aslanın nəriltisi” əməliyyatının başlanmasından bəri bu, “Qüds Qüvvələri”nin beşinci məhv edilən komandiri və “Fələstin korpusu”ndan üçüncü komandiridir.