İsrail İranın cənubunda məktəbi vurdu

İsrail və ABŞ-ın hava hücumu nəticəsində İranın Minab şəhərində bir qız məktəbi vuruldu. Hücumda 40-dan çox uşaq həlak oldu, yaralananlar var və gərginlik regionda artır.

40

Bu gün İranın cənubunda yerləşən Minab şəhərində yerləşən bir qız məktəbi İsrail və ABŞ-ın həyata keçirdiyi hava hücumunda hədəf alındı. İran rəsmi dövlət mediasının verdiyi ilkin məlumatlara görə, hücuma məruz qalan məktəbdə azı 40-dən çox şagird həlak olub, yaralananların sayı isə çoxdur.

Daha sonra əldə edilən məlumatlara görə isə ölən məktəblilərin sayı 70-dən çoxdur. İran hakimiyyəti hücumu kəskin şəkildə pisləyərək sivil uşaqların hədəfə alınmasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Rəsmi Tehran qisas tədbirlərinin davam edəcəyini bildirib və BMT Təhlükəsizlik Şurasını vəziyyətə müdaxilə etməyə çağırıb. Həmçinin hücumun regionda gərginliyi artırdığı, diplomatik cəhdlərin çətinləşdiyi bildirilir.

Qeyd edək ki, bu gün tezdən İsrail və ABŞ genişmiqyaslı hərbi əməliyyatlar keçirərək İranın müxtəlif regionlarına hücumlar həyata keçiriblər. Bu hücumlarda yalnız məktəb binası deyil, digər obyektlər və infrastruktur da zərər görüb. İran tərəfi də cavab tədbirləri həyata keçirdiyini bəyan edib.