İsrail İranda hədəfli əməliyyatları bərpa edə bilər

İranla razılaşma əldə olunmasa, ABŞ və İsrailin İranın yüksək rütbəli hərbi rəhbərliyinə qarşı hədəfli əməliyyatları bərpa edə biləcəyi bildirilir.

61

İranla razılaşma əldə olunmasa, ABŞ və İsrailin İranın yüksək rütbəli hərbi rəhbərliyinə qarşı hədəfli əməliyyatları bərpa edə biləcəyi bildirilir.

MSNews.az xəbər verir ki, yayılan məlumatlara əsasən, İsrail mümkün əməliyyat üçün Vaşinqtonun razılığını gözləyir. İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl ölkəsinin İrana qarşı hərbi əməliyyatları davam etdirməyə hazır olduğunu və bunun üçün ABŞ-dan “yaşıl işıq” gözlədiyini açıqlamışdı.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp isə diplomatik razılaşmaya imkan yaratmaq məqsədilə İrana qarşı yeni zərbələri müvəqqəti dayandırdığını bildirib. Bununla belə, Tehran Vaşinqtonla birbaşa danışıqlar aparıldığına dair açıqlamaları təkzib edir. “Reuters” danışıqlar baş tutmasa, hərbi eskalasiya riskinin qüvvədə qaldığını yazır.

İran komandanlığına qarşı konkret əməliyyat planının təsdiqləndiyinə dair rəsmi açıqlama verilməyib. Buna görə məlumat hələlik mümkün hərbi ssenari kimi qiymətləndirilir.