İsrail İranın Naxçıvan hava limanına PUA hücumunu pislədi

İsrail XİN rəhbərliyinin müavini Şarren Haskel İranın Naxçıvanda mülki hava limanına PUA zərbəsini kəskin pisləyib və beynəlxalq ictimaiyyəti Tehrana qarşı tədbir görməyə çağırıb.

47

İsrail İranın Azərbaycanın Naxçıvan şəhərində yerləşən hava limanına pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi iddia olunan zərbəni pisləyib.

MSNews.az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şarren Haskel sosial media hesabında paylaşım edib.

Ş. Haskel Naxçıvandakı hadisəni İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsi kimi qiymətləndirib:

“Bu gün səhər Azərbaycanda İranın özünü itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava limanına raket və PUA-lar atırsa, demək, artıq maskaları düşüb. Tehrandakı osminoqun başı artıq proksi qüvvələrin arxasında gizlənmir, birbaşa hücum edir və xaos yayır”.

Nazir müavini beynəlxalq ictimaiyyəti də İrana qarşı mövqe sərgiləməyə çağırıb:

“Dünya İranı dayandırmayana qədər, o dayanmayacaq”.

Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlaması gözlənilir.