İsrail İranın yüksək rütbəli kəşfiyyatçılarını zərərsizləşdirib

İsrail ordusu İran Kəşfiyyat Nazirliyinin yüksək rütbəli əməkdaşlarını zərərsizləşdirib, həmçinin Tehran qərargahına hava zərbəsi endirilib. Əməliyyat Həzbullah və HƏMAS-ın kəşfiyyat fəaliyyətini hədəf alıb.

41

İsrail Müdafiə Ordusu (SAХAL) İran Kəşfiyyat Nazirliyinin yüksək rütbəli əməkdaşlarını zərərsizləşdirib.

MSNews.az xarici teleqram kanallarının paylaşdığı xəbərlərə istinadən məlumat verir.

Əməliyyat nəticəsində aşağıdakı şəxslər hədəf alınıb və zərərsizləşdirilib:
▪️ Seyid Yəhya Həmidi — “İsrail işləri” üzrə Kəşfiyyat nazirinin müavini
▪️ Cəlal Pur Hussein — Kəşfiyyat Nazirliyinin casusluq şöbəsinin rəhbəri

Onlarla yanaşı, İran rejiminin digər yüksək vəzifəli şəxsləri də zərərsizləşdirilib. Bu şəxslər qlobal hücumların planlaşdırılması və İran xalqının boğulması, o cümlədən son etirazlar zamanı repressiyaların həyata keçirilməsində iştirak edirdilər.

Həmçinin, SAХAL-ın Qəzza sektorunda fəaliyyət göstərən hərbiçiləri bir sıra sənədlər aşkar edib. Sənədlər İran Kəşfiyyat Nazirliyinin əməkdaşları rəhbərliyi altında Livanda Hizbullah və HƏMAS terror təşkilatlarının birgə kəşfiyyat mərkəzinin yaradılmasına bir neçə dəfə cəhd edildiyini göstərir, eləcə də, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) planları da qeyd olunub.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl Tehran şəhərində Kəşfiyyat Nazirliyinin qərargahına zərbə endirib.