İslam Mахаçev İtaliyada qarət olundu

İslam Mахаçev İtaliyada qarət olunduğunu açıqlayıb. UFC çempionunun sözlərinə görə, oğurlanan çamadanda Xviça Kvaratsxeliyanın hədiyyə etdiyi butslar da olub, pasport isə geri qaytarılıb. 

12

UFC çempionu İslam Mахаçev İtaliyada səfər zamanı çamadanının oğurlandığını bildirib. Onun sosial şəbəkədə paylaşdığı məlumata görə, oğrular çamadanı aparsalar da, pasportunu geri qaytarıblar. Mахаçev yazıb ki, itən əşyalar arasında onun üçün ən qiymətlisi Xviça Kvaratsxeliyanın son oyundan sonra hədiyyə etdiyi futbol butsları olub. 

Döyüşçü paylaşımında hadisəyə ironik reaksiya da verib. O, “oğrulara” müraciətlə qeyd edib ki, futbol onların mövzusu deyilsə, butsları geri qəbul etməyə hazırdır. Eyni paylaşımda Mахаçev narahatlığa əsas olmadığını, hər şeyin qaydasında olduğunu və ondan ötrü təşvişə düşməmək lazım gəldiyini vurğulayıb.

Rusiya mediasının yaydığı məlumatlara görə, Mахаçev hadisə nəticəsində əsasən çamadanını itirib, amma pulqabısı, pasportu və bəzi şəxsi əşyaları onda qalıb. O, paylaşımında namaz xalçasının da itmədiyini qeyd edib. Hələlik oğurluqla bağlı İtaliya hüquq-mühafizə orqanlarından ayrıca rəsmi açıqlama görünmür.