İraq televiziyası: İranla müharibə davam edərsə, Körfəz ölkələrinin taleyi necə olacaq?

İraq televiziyasına görə, İranla müharibə davam edərsə, Bəhreyn, Küveyt, BƏƏ və Qətərin taleyi dəyişə bilər; region ölkələrinin süni sərhədləri onları asan işğal edilən vəziyyətə gətirir.

29

İraq televiziyasında İranla müharibənin davam edəcəyi halda regionun necə dəyişə biləcəyi müzakirə olunub. Analizlərə görə, Küveyt, Qətər, Bəhreyn və BƏƏ kimi ölkələr tarixi süni sərhədlərlə formalaşdığı üçün asanlıqla işğal edilə bilər.

Bəhreyn Səudiyyə Ərəbistanı ilə birləşdirən 27 km-lik körpü hücuma məruz qalsa, yardım qüvvələri adaya çata bilməyəcək. Adadakı şiə əksəriyyət İranın raket katerlərinin 2,5–3 saatlıq məsafəsində yerləşir, buna görə Bəhreynin İran nəzarətinə keçə biləcəyi ehtimal olunur.

Küveyt İraq limanına qayıdacaq, BƏƏ Omanla birləşəcək və Qətər Səudiyyə Ərəbistanının tərkibinə daxil ola bilər.