İrandan mübahisə yaradacaq Hörmüz boğazı açıqlaması

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazı ilə bağlı açıqlama verərək vəziyyətin müharibədən əvvəlki kimi olmayacağını bildirib.

24

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazı ilə bağlı diqqət çəkən açıqlama verib. O bildirib ki, bölgədə baş verən müharibədən sonra boğazdakı vəziyyət artıq əvvəlki kimi olmayacaq.

Qalibaf sosial media hesabında paylaşım edərək Hörmüz boğazındakı vəziyyətin müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını vurğulayıb. Onun sözlərinə görə, bölgədə baş verən hadisələr strateji su yolunda yeni reallıq yaradıb.

Hörmüz boğazı dünya enerji bazarı üçün ən kritik marşrutlardan biri hesab olunur. Körfəz ölkələrindən çıxarılan neft və mayeləşdirilmiş qazın böyük hissəsi məhz, bu dar su yolundan dünya bazarına daşınır.

Ekspertlərin fikrincə, İran rəsmisinin bu açıqlaması bölgədəki gərginliyin davam edə biləcəyinə dair siqnal kimi qiymətləndirilir. Bu səbəbdən Hörmüz boğazı ətrafında baş verən hadisələr beynəlxalq enerji bazarları və qlobal ticarət üçün xüsusi əhəmiyyət daşıyır.