İranda yeni hərbi müşavir Möhsün Rezainin keçmişi yenidən müzakirə olunur

Möhsün Rezai İranın ali liderinin hərbi müşaviri təyin olunub. Onun keçmişi və "Kərbəla-4" əməliyyatı ilə bağlı mübahisələr yenidən gündəmə gəlib.

23

İranda ali rəhbərliyə yaxın mühüm vəzifələrdən birinə yeni təyinat diqqət mərkəzinə düşüb. Belə ki, Möhsün Rezai rəsmi olaraq ölkənin ali baş komandanının hərbi müşaviri təyin edilib.

MSNews.az xəbər verir ki, Möhsün Rezai uzun illər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanı olub və bir neçə dəfə prezident seçkilərində namizəd kimi iştirak edib. O, İran siyasi səhnəsində ən mübahisəli fiqurlardan biri kimi tanınır.

Onun adı xüsusilə “Kərbəla-4” əməliyyatı ilə bağlı müzakirələrdə tez-tez hallanır. 1986-cı ildə İran-İraq müharibəsi zamanı həyata keçirilmiş bu hərbi əməliyyat böyük itkilərlə nəticələnmişdi. Müxtəlif mənbələrə görə, ölən və itkin düşənlərin sayı minlərlə olub.

Tənqidçilər həmin əməliyyatı komandanlığın ciddi səhvlərinin nümunəsi kimi qiymətləndirirlər. Müxalif dairələrdə isə bu hadisə uzun illərdir mübahisə mövzusu olaraq qalır.

Bununla belə, Möhsün Rezai daha əvvəl verdiyi açıqlamalarda əməliyyatın yayındırıcı xarakter daşıdığını və daha geniş hərbi strategiyanın tərkib hissəsi olduğunu bildirib.

Onun yeni vəzifəyə təyin olunması regionda davam edən gərginlik fonunda media və sosial şəbəkələrdə geniş rezonans doğurub.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026