İran Xarici İşlər Nazirliyinin müavini Qaribabadi Naxçıvan hava limanına hücumla bağlı Tehranı ittiham edən xəbərləri təkzib edib.
İranın Xarici İşlər Nazirliyinin müavini Mohammad Qaribabadi “AnewZ” telekanalına verdiyi müsahibədə bildirib ki, “İran qonşu ölkələrə hücum etmir. Bu hadisə ətraflı araşdırma tələb edir”. O, İran İslam Respublikasının müdafiə strategiyasının seçici xarakter daşıdığını, hücumların yalnız İran əleyhinə hərbi baza yerləşdirən ölkələri hədəf ala biləcəyini vurğulayıb.
Buna baxmayaraq, İran İnqilab Keşikçiləri Korpusu müvafiq bəyanatı təkzib edərək, Naxçıvana edilən hücumun Tehran tərəfindən həyata keçirildiyini təsdiqləyib.