İran əməliyyatı: Xamenei və Pezeşkian hədəfdədir

İsrailin İrana endirdiyi hava zərbələrinin əsas hədəflərinin Əli Xamenei və Məsud Pezeşkian olduğu iddia edilir. Rəsmi mənbələr əməliyyatın yekun nəticələrinin hələ dəqiqləşmədiyini bildirir. Regionda qarşılıqlı raket hücumları davam edir.

46

İrana endirilən hava zərbələri ilə bağlı yeni detallar açıqlanıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Xəbərə görə, “The Times of Israel” qəzetinə danışan israilli rəsmi bildirib ki, hücumların əsas hədəfləri İranın Ali Rəhbəri Əli Xamenei və Prezident Məsud Pezeşkian olublar.

Rəsminin sözlərinə görə, zərbələrin nəticələri hələlik dəqiqləşməyib və əməliyyatın yekun təsirləri barədə rəsmi məlumat yoxdur.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. “Aslanın nərəsi” adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.