İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini açıqladı

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, Tehran uranın zənginləşdirilməsi hüququndan geri çəkilməyəcək və mövcud uran ehtiyatlarını üçüncü tərəfə verməyəcək.

58

İran uranın zənginləşdirilməsi hüququndan imtina etməyəcəyini və mövcud zənginləşdirilmiş uran ehtiyatlarını başqa ölkəyə və ya üçüncü tərəfə təhvil verməyəcəyini açıqlayıb.

MSNews.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami jurnalistlərə açıqlamasında bildirib.

Eslami uranın zənginləşdirilməsini nüvə texnologiyasının ayrılmaz hissəsi adlandırıb. O, Tehranın bu fəaliyyətindən imtina edib-etməyəcəyi ilə bağlı suala qəti şəkildə mənfi cavab verib.

İran rəsmisi mövcud zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü tərəfə verilməsi ehtimalını da rədd edib. Onun sözlərinə görə, belə bir variant nəzərdən keçirilmir.

Bu açıqlama ABŞ-ın İranla mümkün razılaşma üçün uranın zənginləşdirilməsi imkanlarının əhəmiyyətli dərəcədə azaldılmasını tələb etdiyi bir vaxtda verilib. ABŞ vitse-prezidenti Cey Di Vens daha əvvəl bildirmişdi ki, Vaşinqton yalnız gələcəyə dair siyasi vədlərlə kifayətlənməyəcək və İranın zənginləşdirmə potensialında real azalma görmək istəyir.

İran isə nüvə proqramının dinc məqsədlər daşıdığını və uranın zənginləşdirilməsinin onun qanuni hüququ olduğunu bildirir. Tehran bu məsələni mümkün razılaşmalarda prinsipial mövqe kimi təqdim edir.

“Reuters” yazır ki, ABŞ və İran hazırda müharibənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təkliflər mübadiləsi aparırlar. Bununla belə, İran uranın zənginləşdirilməsini dayandırmaq və ehtiyatlarını təhvil vermək tələblərini qəbul etmir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.