İran sahillərində ABŞ üç gəmini sıradan çıxardığını açıqladı

ABŞ Mərkəzi Komandanlığı Oman körfəzində İran limanına daxil olmağa çalışan üç İran bayraqlı tankeri sıradan çıxardığını bildirib. Cask yaxınlığında dörd tanker və neft sızması ilə bağlı iddialar isə hələ tam təsdiqlənməyib.

İranın cənubunda, Oman körfəzi və Hörmüz boğazı ətrafında tankerlərlə bağlı yeni gərginlik qeydə alınıb. Sosial şəbəkələrdə və bəzi OSINT mənbələrində Cask bölgəsi yaxınlığında dörd tankerin hücuma məruz qaldığı və ya sıradan çıxarıldığı barədə məlumatlar yayılıb.

Lakin bu iddialar, o cümlədən tankerlərdən birinin yandığı və Cask yaxınlığında genişmiqyaslı neft sızması baş verdiyi barədə məlumatlar hələlik rəsmi və müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

ABŞ Mərkəzi Komandanlığı — CENTCOM mayın 8-də bildirib ki, ABŞ qüvvələri Oman körfəzində İran limanına daxil olmağa çalışan iki İran bayraqlı boş neft tankerini — M/T Sea Star IIIM/T Sevdanı sıradan çıxarıb. Açıqlamaya əsasən, “USS George H.W. Bush” aviadaşıyıcısından qalxan F/A-18 Super Hornet təyyarəsi tankerlərin baca hissələrinə dəqiq zərbələr endirib və gəmilərin İran limanına daxil olmasının qarşısı alınıb. CENTCOM həmçinin mayın 6-da M/T Hasna tankerinin də sükan sisteminin vurularaq sıradan çıxarıldığını açıqlayıb.

“Associated Press” yazır ki, ABŞ hərbçiləri blokada başlayandan bəri İran limanlarına daxil olmaq və ya oradan çıxmaq istəyən 58 kommersiya gəmisini geri döndərib, dörd gəmini isə sıradan çıxarıb. ABŞ tərəfi bu addımları İran limanlarına qarşı tətbiq olunan dəniz blokadasının icrası kimi təqdim edir. Tehran isə Vaşinqtonu bölgədə gərginliyi artırmaqda ittiham edir.

Peyk görüntüləri ilə bağlı ayrıca məlumatlar da yayılıb. “Reuters”-in araşdırmasına görə, mayın 6–8-də Avropa İttifaqının “Copernicus Sentinel” peykləri İranın əsas neft ixrac mərkəzi olan Xark adası yaxınlığında ehtimal olunan neft ləkəsi qeydə alıb. Mütəxəssislər ləkənin təxminən 45 kvadratkilometr ərazini əhatə etdiyini və vizual olaraq neft sızmasına bənzədiyini bildiriblər. Bununla belə, sızmanın dəqiq mənbəyi və səbəbi hələ məlum deyil.

Hazırda etibarlı mənbələr Cask yaxınlığında məhz dörd tankerin eyni vaxtda vurulduğunu və ya bir tankerin yandığını təsdiqləmir. Rəsmi şəkildə təsdiqlənən əsas fakt odur ki, ABŞ qüvvələri son günlər Oman körfəzində ən azı üç İran bayraqlı tankeri sıradan çıxardığını bəyan edib,

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.