İran Prezidenti Pezeşkian: “Qonşu ölkələrlə əlaqələrdə ehtiyatlı olmaq vacibdir”

İran Prezidenti Pezeşkiyan Nazirlər Kabinetinin iclasında qonşu ölkələrlə əlaqələrin əhəmiyyətini vurğuladı, mətbuata təhqiredici ifadələrdən çəkinməyi tövsiyə etdi.

37

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İran Prezidenti Pezeşkian Nazirlər Kabinetinin iclasında gündəlik məsələlərə dair açıqlamalar verib.

Pezeşkian qonşu ölkələrlə müsbət əlaqələrin əhəmiyyətini vurğulayaraq, mətbuata, bu ölkələrə qarşı təhqiredici ifadələr işlətməmək tövsiyəsini verib.

O, xüsusilə İran ilə sərhədyanı ölkələrin tez-tez Tehranla əlaqə saxladığını qeyd edərək, bu dövlətlərin bölgədə müharibənin qarşısını almaq və mövcud problemləri dialoq yolu ilə həll etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb.

Eyni zamanda, Pezeşkiyan iranlı rəsmilərdən də qonşu ölkələrlə münasibətləri zədələyə biləcək açıqlamalardan çəkinmələrini və verdikləri açıqlamalarda ehtiyatlı olmalarını istəyib.

İran Xarici Əlaqələr Strategiya Şurasının sədri Kamal Harrazi isə daha əvvəl Tehran hökumətinin xarici siyasətdə, xüsusilə qonşu ölkələrlə əlaqələrdə ciddi səhvlər etdiyini bildirmişdi.