İranda mitinq zamanı partlayış baş verdi

İranın paytaxtı Tehran şəhərində keçirilən mitinq zamanı partlayış baş verib. Hadisənin səbəbi və mümkün itkilərlə bağlı araşdırma aparılır.

36

İranın paytaxtı Tehranda “Əl-Qüds Günü” münasibətilə keçirilən izdihamlı yürüş zamanı partlayış baş verməsi barədə xəbərlər yayılıb. Məlumata görə, partlayış paytaxt Tehranda mitinq keçirilən əraziyə yaxın yerdə qeydə alınıb. 

İran dövlət televiziyasının məlumatına görə, hadisə Firdovsi meydanıTehran Universiteti yaxınlığında – yürüş-mitinq iştirakçılarının ən çox toplandığı bölgələrdən birində baş verib. Partlayış zamanı minlərlə insanın iştirak etdiyi nümayiş keçirilirdi. Hadisənin səbəbi və mümkün itkilər barədə hələlik dəqiq məlumat verilməyib.

Əli Laricani

Hadisə regionda gərginliyin artdığı bir dövrə təsadüf edir. Son həftələrdə ABŞ və İsrailin İrana qarşı hücumları və qarşılıqlı raket zərbələri səbəbindən bölgədə hərbi qarşıdurma genişlənib.

Sərdara Radan

Hazırda İran təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb və partlayışın səbəbi ilə bağlı araşdırma aparılır. Rəsmi qurumlar hadisənin terror aktı, raket hücumu və ya texniki qəza olub-olmaması barədə hələlik açıqlama verməyib.