İran mediası: “Qüds” qüvvələrinin komandanı İsmail Qaani saxlanılıb

İran mediası SEPAH-ın “Qüds” qüvvələrinin komandanı İsmail Qaaninin Mossad xeyrinə casusluq ittihamı ilə saxlanıldığını iddia edir.

47

İran mediasının yaydığı məlumata görə, “Qüds” qüvvələrinin komandanı İsmail Qaani saxlanılıb.

Məlumatlarda bildirilir ki, o, İsrailin kəşfiyyat xidməti Mossad ilə əməkdaşlıqda və casusluqda ittiham olunur. Qaaninin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayəndələri tərəfindən saxlanıldığı qeyd edilir.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib. İddiaların detalları və istintaq prosesi barədə əlavə məlumat gözlənilir.