İran Kəşfiyyat Nazirliyi tərəfindən zərərsizləşdirilmiş şəxs dindirilmə zamanı mühüm açıqlamalar verib. Məlumata görə, həmin şəxs bildirib ki, ona “ABŞ və İsrailin hücumundan sonra və ölkədə qarışıqlıq yarandıqdan sonra meydana çıxın” deyilib.
İran rəsmiləri açıqlayıblar ki, ABŞ və İsrailin planı ölkənin parçalanmasına yönəlmiş 8 mərhələdən ibarətdir və hazırda bu planın dördüncü mərhələsi həyata keçirilir. Mənbələr bildirir ki, növbəti mərhələ ölkədə qarışıqlıq və şəhər döyüşlərinin başlanmasını nəzərdə tutur. Hədəf İranı eyni vaxtda həm daxili, həm də xarici cəbhədə qarşıdurmaya cəlb etməkdir.
Bu açıqlamalar regionda gərginliyin artdığını və beynəlxalq təhlükəsizlik balansının daha da mürəkkəbləşdiyini göstərir. İran bu planın qarşısını almaq və ölkə daxilində stabilliyi qorumaq üçün ciddi təhlükəsizlik tədbirləri həyata keçirir.