İran Hörmüz boğazını açmaq üçün şərtlər irəli sürüb

İranın Hörmüz boğazını yenidən açmağa hazır olduğu, lakin tranzit haqqı, təhlükəsizlik zəmanətləri və sanksiyaların yumşaldılmasını tələb etdiyi bildirilir.

54

İranın Hörmüz boğazını yenidən açmağa hazır olduğu, lakin bunun üçün bir sıra şərtlər irəli sürdüyü bildirilir.

MSNews.az xəbər verir ki, “The Wall Street Journal” regional vasitəçilərə istinadən yazır ki, Tehran tranzit haqlarının toplanmasında iştirak, gələcək hücumlara qarşı təhlükəsizlik zəmanətləri, ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması və neft sanksiyalarının yumşaldılmasını istəyir.

ABŞ və Körfəz Əməkdaşlıq Şurası ölkələri isə beynəlxalq gəmiçilikdən məcburi tranzit və ya xidmət haqqı tutulmasına qarşı çıxırlar. ABŞ tərəfi əvvəlcə boğazın açılmasını və sərbəst gəmiçiliyin bərpasını tələb edir.

“Reuters” İranla Oman arasında təhlükəsiz gəmiçilik marşrutları üzrə danışıqların davam etdiyini, lakin hələ yekun razılaşmanın əldə olunmadığını bildirir.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.