İran dövlət televiziyası Netanyahu “ölüm siyahısı”nda göstərdi

İran dövlət televiziya şəbəkəsi “Ofogh” yeddi israilli rəsmi, o cümlədən Baş nazir Netanyahu üçün “hədəf siyahısı” yayımlayıb və təhdid xarakterli mesajlar səsləndirib.

40

İranın dövlətə məxsus televiziyası “Ofogh” kanalında İsrailin Baş naziri Benyamin Netanyahu də daxil olmaqla yeddi yüksək səviyyəli israilli rəsmilərin adı və şəkillərindən ibarət “ölüm siyahısı” yayımlanıb. Bu siyahıda İsrailin müdafiə, kəşfiyyat və ordunun idarəetmə strukturundan olan şəxslər yer alıb. Efir zamanı verilişdə həmçinin ivrit dilində təhdid xarakterli bəyanat səsləndirilib ki, “ölüm vaxtınızı biz təyin edəcəyik”. Bu, İran televiziyası tərəfindən səsləndirilən ən sərt ritorikalardan biridir və qarşıdurmanın informasiya müharibəsi aspektini göstərir.

Bu yayım Tehranla Tel-Əviv arasında artan gərginlik fonunda baş verib, beynəlxalq səviyyədə diqqət çəkib və regionda potensial eskalasiya riskini gündəmə gətirib.