İran dövlət televiziyası Pezeşkianın açılış mərasimini yarımçıq kəsdi

İran dövlət televiziyası Prezident Məsud Pezeşkianın açılış proqramının yayımını dayandırıb. Hadisəyə prezidentin canlı yayım zamanı verdiyi reaksiya səbəb olub.

26

İran dövlət televiziyası Prezident Məsud Pezeşkianın bir sıra layihələrin açılış mərasiminə həsr olunmuş proqramının yayımını qəfil dayandırıb.

İran mediasının yaydığı məlumata görə, hadisə açılış mərasimi zamanı dövlət televiziyasının müxbirinin Pezeşkiana “Canlı yayındayıq, vaxtı düzgün idarə etsəniz, sevinərik” deməsindən sonra baş verib.

Prezident isə bu ifadəyə sərt reaksiya verərək “Yayınlamayın, önəmli deyil, biz öz işimizi görərik” cavabını verib.

Pezeşkianın bu sözlərindən dərhal sonra İran dövlət televiziyası açılış proqramının canlı yayımını kəsib. Hadisə ölkədə siyasi dairələrdə və mediada geniş müzakirələrə səbəb olub.