İran ciddi quraqlıq səbəbilə bulud toxumlamağa başlayıb

İran son 50 ilin ən böyük quraqlığına görə bulud toxumlama proqramına başlayıb. Keçmişdə İsrail və BƏƏ-ni “bulud oğurluğu” ilə suçlayan İran, indi Urmiya hövzəsində yağış yaratmağa çalışır.

İran son 50 ilin ən ağır quraqlığı fonunda bulud toxumlama proqramına start verib. İlk sınaq Urmiya gölü hövzəsində aparılıb və prosesin digər bölgələrdə də davam etdiriləcəyi açıqlanıb.

Meteorologiya qurumu yağışların ölkə üzrə uzunmüddətli ortalamaya nisbətən 89% azaldığını bildirib.

Maraqlıdır ki, İran keçmişdə İsrail və BƏƏ-ni bulud toxumlama yolu ilə “yağışa müdaxilə etməkdə” və buludların İrana çata bilməməsində günahlandırırdı. Prezident Pezeşkiyan yağışların gecikməsi halında Tehranda təxliyə planlarının gündəmə gələ biləcəyi barədə xəbərdarlıq edib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.