İran ABŞ-dan gəldiyi bildirilən 48 saatlıq atəşkəs təklifini qəbul etməyib. “Reuters“-in məlumatına görə, İranın yarırəsmi Fars agentliyi adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, təklif aprelin 1-də dost ölkələrdən biri vasitəsilə Tehrana çatdırılıb, lakin rədd edilib. ABŞ tərəfi isə bu xəbərlə bağlı hələlik rəsmi şərh verməyib.
Məlumata görə, İran cavabını yazılı diplomatik kanalla deyil, hərbi sahədə intensiv hücumları davam etdirməklə verib.