İran ABŞ-la İslamabad görüşündən imtina edib

İran ABŞ-la Pakistanda keçiriləcək görüşdən imtina edib və Vaşinqtonun əsas tələblərini rədd edib. Türkiyə və Misir isə alternativ danışıqlar platformaları axtarır. 

24

The Wall Street Journal yazır ki, Pakistanın ABŞ ilə İran arasında atəşkəsə nail olmaq üçün başladığı vasitəçilik cəhdi hazırkı mərhələdə dalana dirənib. Nəşrin məlumatına görə, Tehran İslamabadda ABŞ rəsmiləri ilə görüşə razı olmayıb və Vaşinqtonun əsas şərtlərini qəbuledilməz sayıb. Nəşr həmçinin bildirir ki, bu fonda Türkiyə və Misir prosesi yenidən canlandırmaq üçün alternativ platformalar üzərində işləyir və Doha ilə İstanbul mümkün məkanlar arasında nəzərdən keçirilir. 

Bu inkişaf, Pakistanın martın 29-da Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərini İslamabadda topladığı diplomatik təşəbbüsdən sonra baş verir. “Reuters” həmin görüşün əsas məqsədinin İran müharibəsini dayandırmaq və Hörmüz boğazı ilə bağlı çıxış yollarını müzakirə etmək olduğunu, Pakistanın isə mümkün ABŞ-İran təmaslarının İslamabadda baş tuta biləcəyini söylədiyini yazmışdı.

Bununla belə, Pakistan tərəfi vasitəçilik səylərinin tam çökdüyü fikri ilə razılaşmır. “Al Jazeera“-nın 2 aprel tarixli xəbərinə görə, Pakistan XİN sözçüsü Tahir Andrabi bildirib ki, İslamabad ABŞ və İranı danışıqlara sövq etmək cəhdlərini “maneələrə baxmayaraq” davam etdirmək niyyətindədir.

İran tərəfinin ümumi mövqeyi isə sərt olaraq qalır. Tehran Pakistan vasitəsilə ötürülən ABŞ təkliflərini “həddindən artıq və əsassız” sayır və hələ də birbaşa danışıqlar aparıldığını qəbul etmir. Buna görə, hazırkı mənzərə tam diplomatik kəsilmədən çox, dərin etimadsızlıq və format böhranı kimi görünür.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.