İran rəsmi şəkildə 2026-cı il Dünya Çempionatında iştirakdan imtina edib və turnirin ABŞ-da keçiriləcək oyunlarına yollanmayacağını açıqlayıb. Qərar ölkədə yaranmış kəskin siyasi-hərbi gərginlik fonunda qəbul edilib.
Məlumata görə, İran milli futbol komandası qrup mərhələsində keçirilməsi planlaşdırılan bütün oyunlarını ABŞ ərazisində oynamalı idi. Lakin İranın ali liderinin endirilən raket zərbəsi nəticəsində həlak olmasından sonra Tehran turnirdən geri çəkilmək qərarı verib.
“G” qrupunda yer alan İran yığması Yeni Zelandiya və Belçika ilə Los-Ancelesdə, Misirlə isə Sietldə qarşılaşmalı idi. Bu görüşlərin hamısı ləğv olunub.
Turnir 2026-cı il FIFA Dünya Çempionatı çərçivəsində keçiriləcəkdi. Hadisə futbol ictimaiyyətində və beynəlxalq idman qurumlarında ciddi rezonans doğurub.