İnsan təkamülünün yeni mərhələsi – İndiqo uşaqlar

İndiqo uşaqların fenomenal qabiliyyətləri, dörd tipi, XX əsrdən bəri artan sayı və onların həyatın harmoniyasını bərpa etmək missiyası haqqında ətraflı məlumat.

87

İndiyə qədər elm hesab edirdi ki, Homo Sapiens təkamülün ən yüksək mərhələsidir. Amma alimlər indi daha çox ehtimal edir ki, bizim öz növümüz də inkişaf mərhələsindədir. Burada söhbət indiqo uşaqlardan gedir.

“İndiqo uşaqlar” haqqında ilk dəfə amerikan ekstrasens və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə çıxardığı “İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar” kitabında qeyd etmişdir. Ekstrasens insanların auralarını yoxlayarkən bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli olaraq tünd göy rəngdə olduğunu müşahidə etmiş və belə auralı insanları indiqo uşaqlar adlandırmışdır.

İndiqo uşaqların istedadı fenomenaldır. V.İ.Vernadski demişdir ki, XX əsrdə insan noosfer ilə əlaqə qurmağı öyrənəcək və yeganə əlaqə vasitəsi intuisiya olacaq. İndiqolar ətraf aləmi dərk etmək üçün intuisiyaya üstünlük verirlər və situasiyaların həlli yollarını tez-tez intuisiyaya əsasən tapırlar. Bundan əlavə, indiqolar telepatik olaraq uzaq məsafələrdən bir-biri ilə əlaqə qurmağı bacarır, rentgen kimi insanların daxili orqanlarını hiss edə, ovucları ilə kitabları oxuya bilirlər. Onlar keçmiş həyatını, uşaqlıq xatirələrini dəqiqliklə yadda saxlayır, bəziləri noosferdən informasiya alır, bəziləri isə kosmosdan gələn siqnalları analiz edə bilirlər.

Bəzi indiqoların fərqli immunitetləri də onları seçilmiş edir. XX əsrin 90-cı illərində HİV virusuna yoluxmuş bir ana uşaq dünyaya gətirir, uşaq 6 yaşında virusdan azad olur və DNT analizlərinə görə onun 20 kodon əvəzinə 24 kodon “işləyir”.

Amerikan psixoloqu Li Kerroll indiqo uşaqları dörd tipə ayırır. Humanistlər gələcəkdə həkim, hüquqşünas, müəllim, dənizçi, biznesmen, siyasətçi və ya elmi işçi olurlar, hiperaktivdirlər, otaqları dağınıqlıdır, uşaqlıqda oyuncaqlarla necə oynayacaqlarını bilmirlər. Konseptualistlər isə gələcəyin mühəndisi, arxitektoru, dizayneri, kosmonavtı, hərbçisi və ya səyahətçisi olurlar, enerjili, liderliyə meyillidirlər, uşaq vaxtı xüsusi qayğı tələb edirlər. Sənətkar tipli indiqolar müasir həyatla uzlaşa bilmirlər, həssas və zərif olurlar, 4-10 yaş arasında bir neçə sənətlə maraqlanır və axırda birini seçirlər. Bütün ölçülərdə yaşaya bilən tip isə aqressiv, yetkin bədən quruluşuna malik, hər şeyi öz başına etməyə çalışan, gələcəkdə böyük şəxsiyyətlərə çevrilən indiqolardır.

İndiqo uşaqlar XX əsrin 70-ci illərindən dünyaya gəlməyə başlayıblar və 80-ci illərdə artıq 15%-i təşkil edirdilər. Bu gün onların sayı təxminən 60 milyon nəfərə çatıb. Psixoloqların qənaətinə görə, 50 yaşlılar arasında 1%, 30 yaşlılar arasında 10%, 12 yaşlılar arasında isə 25% insan indiqo xüsusiyyətlərinə malikdir. Onların əsas missiyası həyatın itirilmiş harmoniyasını geri qaytarmaqdır. Qədim Yunanıstanda Apollon məbədində yazıldığı kimi, onlar özünü dərk edir, psixikasını, düşüncələrini və hisslərini idarə etməyi bacarır.

İndiqo uşaqlar daxilən ziddiyətli, sevgi dolu və fərasətlidirlər. Sadə, agressiv, başqaları ilə o qədər də maraqlanmayan xüsusiyyətləri özündə birləşdirirlər. Yarımçıq cümlələrdən dərhal mənanı mənimsəyir, rəqəmli texnologiyalara maraqları yüksəkdir və problemləri gözlənilməz tərəfdən həll etməyə çalışırlar. Bəzi çatışmazlıqları var, ətrafdakıların onları başa düşməməsi səbəbindən qapalı olurlar, dərs proqramlarını çətinliklə yerinə yetirirlər və cəmiyyətin normalarına uyğunlaşmaq istəmirlər.

İndiqolar özlərinə təhlükə yaratmırlar, amma qəbul edilmədikdə aqressiv ola bilirlər. Onlar aldatmaq bacarığına malik deyillər və inamlarını bərpa etmək mümkün olmur. Həmişə müşahidəçi və ağıllı olan indiqolar valideynlərinin və ətrafdakının zəif tərəflərini bilir və onları idarə etməyi bacarır. Onlar seçilmişdir və Yer üzündə xüsusi missiyaları var.