İngiltərənin DÇ-2026 heyəti açıqlandı

"Daily Mail" İngiltərə millisinin DÇ-2026 üçün heyətini yayımlayıb. Fil Foden, Koul Palmer və Harri Maquayr siyahıdan kənarda qalıb, Noni Madueke və Ayven Touni isə heyətə daxil edilib.

İngiltərə millisinin DÇ-2026 üçün heyəti açıqlandı. Britaniya mediasının məlumatına görə, baş məşqçi Tomas Tuxel 26 nəfərlik siyahıda bir sıra gözlənilməz qərarlar verib. Ən çox diqqət çəkən məqamlar Fil Foden, Koul PalmerHarri Maquayrın mundial heyətindən kənarda qalmasıdır.

“The Guardian”ın məlumatına görə, rəsmi açıqlama bu gün — mayın 22-də verilməlidir, lakin heyətin əsas konturları artıq bəlli olub. İngiltərə Futbol Assosiasiyası da Tuxelin DÇ-2026 üçün 26 nəfərlik heyəti mayın 22-də açıqlayacağını, komandanın turnir öncəsi Floridada təlim-məşq toplanışına yollanacağını bildirib.

Yayılan siyahıya əsasən, qapıçılar sırasında Cordan Pikford, Din HendersonCeyms Trafford yer alır. Müdafiə xəttində Ezri Konsa, Con Stounz, Mark Gehi, Den Börn, Carell Kuansa, Tino Livramento, Niko O’Rayli, Ced Spens və Ris Ceymsin adı çəkilir.

Yarımmüdafiədə Deklan Rays, Elliot Anderson, Kobbi Maynu, Cordan Henderson, Morqan Rocers, Cud BellinqemEbereçi Eze yer alıb. Hücum xəttində isə Harri Keyn, Ayven Touni, Olli Uotkins, Bukayo Saka, Noni Madueke, Markus ReşfordEntoni Qordonun mundiala aparılacağı bildirilir. “The Guardian” yazır ki, Tuxel yaradıcılıq xəttində Bellinqem, Eze və Rocersə üstünlük verib, Foden və Palmer isə zəif klub mövsümü və İngiltərə millisində son çıxışları səbəbindən heyətdən kənarda qalıb.

İngiltərə DÇ-2026-da qrup mərhələsinə iyunun 17-də Dallasda Xorvatiyaya qarşı oyunla başlayacaq. Daha sonra Tuxelin komandası iyunun 23-də Bostonda Qana, iyunun 27-də isə Nyu-Cersidə Panama ilə qarşılaşacaq.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.