Türkiyənin sosial şəbəkələrində ABŞ-nin İncirlik Hərbi Bazasında partlayışlar barədə məlumatlar yayılır.
Məlumatlar ABŞ-ın İrana hücumlarının başlandığı vaxtdan dərhal sonra İncirlik ətrafından canlı yayım aparan bir neçə jurnalistin Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs olunmasından sonra ortaya çıxıb. Adana Prokurorluğu jurnalistləri hərbi obyektlərin təhlükəsizliyi ilə bağlı məlumatların yayılmasında ittiham edib.
Qeyd edək ki, hücumlar və partlayışlar barədə rəsmi təsdiq hələ verilməyib.