İlon Mask Zelenskini sərt tənqid etdi: “Həddini çox aşdı”

Amerikalı milyarder İlon Mask Donald Trampın Ukrayna ilə bağlı açıqlamasını dəstəkləyərək Zelenskinin həddini aşdığını bildirib. Tramp Kiyevin Rusiya neft emalı zavodlarına hücumlarını tənqid edib.

47
Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə bağlı tənqidlərinə qoşularaq onun həddini aşdığını bildirib.

MSNews.az xəbər verir ki, Mask oktyabrın 10-da “X” sosial şəbəkəsində Trampın Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələri tənqid etdiyi videoya münasibət bildirib.

“Zelenski həddini çox aşdı”, – deyə Mask paylaşımında yazıb. Bu barədə “Kyiv Post” və “RBC” məlumat yayıb.

Tramp bundan əvvəl Ukraynanın Rusiya neft emalı müəssisələrinə hücumlarının dünya yanacaq bazarında problemlər yaratdığını iddia edib. ABŞ Prezidenti Zelenskiyə bu hücumları dayandırmağı tövsiyə etdiyini, lakin Kiyevin zərbələri davam etdirdiyini bildirib.

ABŞ lideri həmçinin Zelenskinin müharibəni başa çatdırmaq üçün dəfələrlə imkan əldə etdiyini, lakin bunlardan istifadə etmədiyini iddia edib.

“Deutsche Welle”nin məlumatına görə, Mask Trampın Ukraynada yeni liderə ehtiyac olduğu barədə mövqeyini də dəstəkləyib.

Qeyd edək ki, Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükünə dair razılaşması Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarını daha da artırıb.

Ukrayna tərəfi Rusiyanın enerji obyektlərinə zərbələri müharibə şəraitində hərbi və iqtisadi təzyiq vasitəsi kimi əsaslandırır. Zelenski isə ABŞ-nin Moskva ilə enerji razılaşmasının Rusiyanın müharibəni maliyyələşdirməsinə imkan yarada biləcəyini bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.