Aprelin 6-da Gürcüstana dövlət səfəri çərçivəsində Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə lanç təşkil olunub. Tədbir Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin adından verilib.
Lanç Prezident İlham Əliyevin Tbilisidə keçirdiyi rəsmi görüşlərdən sonra baş tutub və səfər proqramının tədbirlərindən biri kimi təqdim olunub.








