İlham Əliyevin Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü olub

İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü keçirilib.

8

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə görüş keçirilib.

MSNews.az xəbər verir ki, bu barədə “Prezident.az” məlumat yayıb. Bildirilib ki, görüş iyunun 22-də baş tutub.

Görüş Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri çərçivəsində keçirilib. Bundan əvvəl Bakıda Türkmənistan dövlət başçısının rəsmi qarşılanma mərasimi olub, daha sonra Azərbaycan və Türkmənistan prezidentləri arasında təkbətək görüş keçirilib.

Səfər iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional tərəfdaşlığın inkişafı baxımından əhəmiyyətli hesab olunur.