İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib. Dövlət başçısı Avazada Mərkəzi Asiya ölkələri və Azərbaycan liderlərinin məşvərət görüşündə iştirak edəcək.

73

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib. Dövlət başçısını Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Türkmənistanın yüksək vəzifəli rəsmiləri qarşılayıblar.

MSNews.az xəbər verir ki, aeroporta Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər Türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçirilən yüksək səviyyəli regional tədbirlər fonunda baş tutur. Oktyabrın 8-də burada Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycan Prezidentinin Məşvərət Görüşü keçiriləcək. Türkmənistanın rəsmi proqramına görə, görüşdə siyasi-diplomatik əməkdaşlıq, ticarət-iqtisadi əlaqələr, enerji, ekologiya, nəqliyyat və regional təhlükəsizlik məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Avazada oktyabrın 7–9-da bir sıra yüksək səviyyəli tədbirlər keçirilir. Oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasının və Xəzər Ekoloji Sammitinin keçirilməsi də planlaşdırılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.