İlham Əliyev Tbilisidə rəsmi qarşılanıb, Kavelaşvili ilə görüşüb

 İlham Əliyev Tbilisidə rəsmi qarşılanma mərasimində iştirak edib, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüş keçirib.

25

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Prezident İlham Əliyevi Gürcüstan Prezidenti Mixeil Kavelaşvili qarşılayıb.

Daha sonra fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib, Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. İki ölkə lideri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezidentin rəsmi internet səhifəsinə görə, bu tədbir İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində baş tutub.

Həmin gün Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında təkbətək görüş də keçirilib. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Tərəflər siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildiriblər.

Söhbət zamanı iki ölkənin birgə həyata keçirdiyi nəqliyyat və enerji layihələrinin strateji və iqtisadi əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik baxımından Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin rolu diqqətə çatdırılıb. Prezidentlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdən sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930