İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib. Görüşdə Azərbaycan və Çeçenistan arasında dostluq münasibətləri, əməkdaşlıq perspektivləri və regional məsələlər müzakirə olunub.

63

Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. Görüşdə iki xalq arasında tarixi dostluq əlaqələri və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, İlham Əliyev Ramzan Kadırovu Azərbaycanda görməkdən məmnunluğunu bildirib və səfərin qısa olmasına baxmayaraq məhsuldar olacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, azərbaycanlılarla çeçenlər arasında dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi var. O, Çeçenistanın son illərdəki sosial-iqtisadi inkişafına toxunaraq Kadırovu əldə olunan nəticələr münasibətilə təbrik edib.

Ramzan Kadırov isə çıxışında Azərbaycanla Çeçenistan arasındakı münasibətlərin köklərinin Heydər Əliyevlə Çeçenistanın ilk prezidenti Əhməd Kadırov arasında mövcud olmuş şəxsi dostluq və qarşılıqlı hörmətə söykəndiyini bildirib.

Kadırov həmçinin 2024-cü ilin dekabrında Bakı–Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması ilə əlaqədar bir daha başsağlığı verib və bunu “ortaq kədər” adlandırıb.

Çeçenistan rəhbəri Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edib və regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olacağına ümid etdiyini bildirib.

Görüşdə idman sahəsində əməkdaşlıq da müzakirə olunub. Kadırov Bakıda keçirilən cüdo üzrə dünya çempionatına toxunaraq Azərbaycan idmançılarının nəticələrini təbrik edib və Çeçenistanda fəaliyyət göstərən Vladimir Putin adına Olimpiya Hazırlığı Mərkəzinin Azərbaycanla birgə tədbirlər üçün imkanlar yarada biləcəyini qeyd edib.

İlham Əliyev isə xalqlar arasında tarixi yaxınlığı xüsusi vurğulayaraq, Heydər Əliyevlə Əhməd Kadırovun münasibətlərin müasir mərhələsinin formalaşmasında mühüm rol oynadığını bildirib.

Söhbət zamanı müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.