İlham Əliyev Münhendə Ukrayna Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək enerji sahəsində əməkdaşlıq və humanitar dəstək məsələlərini müzakirə edib.

48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində genişləndirilməsi məsələləri müzakirə olundu. Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi.

Hər iki dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etdi və gələcək əməkdaşlıq imkanlarını qiymətləndirdi.