İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı

Oktyabrın 12-də Bakıda Kambocanın Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi keçirilib. Prezident İlham Əliyev ali qonağı qarşılayıb.

57

Oktyabrın 12-də Bakıda Azərbaycana rəsmi səfərə gələn Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev ali qonağı qarşılayıb.

MSNews.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kambocanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mərasim zamanı fəxri qarovul dəstəsinin rəisi Hun Manetə raport verib, ardınca Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin qarşısından keçib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Kambocanın Baş nazirinə, Kamboca nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunublar.

Qeyd edək ki, Hun Manet oktyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda onu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.