İlham Əliyev İrpen şəhərinin fəxri vətəndaşı elan edildi

Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adının verilməsi barədə qərar qəbul edib.

10

Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adının verilməsi barədə qərar qəbul edib. Qərar aprelin 30-da şəhər şurasının sessiyasında qəbul olunub. Bu barədə İrpen şəhər Şurasının rəhbəri və mer səlahiyyətlərini icra edən Anjela Makeyeva məlumat verib. 

Makeyevanın sözlərinə görə, İrpen icmasının Azərbaycan xalqı və Prezident İlham Əliyevlə uzunmüddətli dostluq və tərəfdaşlıq əlaqələri var. O bildirib ki, tərəfləri yalnız əməkdaşlıq deyil, həm də mədəni-humanitar bağlar və sülhə ortaq yanaşma birləşdirir.

Qərar Azərbaycan və Ukrayna arasında humanitar əməkdaşlığın gücləndiyi bir dövrdə verilib. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan dövləti tərəfindən İrpen şəhərinə humanitar yardım olaraq 5 elektrik avtobusu hədiyyə olunmuşdu. Ukrayna tərəfi bu addımı iki ölkə arasında dostluq və həmrəyliyin təcəssümü kimi qiymətləndirmişdi.

İrpen şəhəri Rusiya-Ukrayna müharibəsinin ilk mərhələsində ciddi dağıntılara məruz qalan yaşayış məntəqələrindən biri kimi tanınır. Azərbaycan daha əvvəl də Ukraynanın bərpa və humanitar ehtiyaclarına dəstək göstərib. Yeni qərar İrpen rəhbərliyinin bu dəstəyə siyasi və mənəvi təşəkkür jesti kimi qiymətləndirilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
30 aprel 2026