İlham Əliyev DSX-nin 4 hərbçisinə ali hərbi rütbə verdi

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç general-mayoruna “general-leytenant”, bir polkovnikinə isə “general-mayor” ali hərbi rütbəsi verilib.

68

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) dörd hərbi qulluqçusuna ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncam avqustun 17-də Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində dərc olunub.

MSNews.az xəbər verir ki, sərəncama əsasən, general-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Polkovnik Elfan Şakir oğlu Quliyev isə “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb.