İlham Əliyev Davosda “Euronews”ə müsahibə verib

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verib və beynəlxalq biznes nümayəndələri ilə görüşüb.

308

Yanvarın 20-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziya kanalına müsahibə verib.

Müsahibə zamanı dövlət başçısı regional və qlobal proseslər, Azərbaycanın iqtisadi inkişaf prioritetləri, beynəlxalq əməkdaşlıq və ölkəmizin mövqeyi ilə bağlı məsələlərə toxunub.

Həmin gün Prezident İlham Əliyev “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə də iştirak edib. Tədbir çərçivəsində müxtəlif ölkələri təmsil edən biznes dairələrinin nümayəndələri ilə görüşən dövlət başçısı onların suallarını cavablandırıb, Azərbaycanın investisiya imkanları, biznes mühiti və iqtisadi perspektivləri barədə ətraflı məlumat verib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.