İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb

Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Cvijanović ilə görüşüb, ikitərəfli münasibətlər və XIII Qlobal Bakı Forumu müzakirə olunub.

323

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Cvijanović ilə görüşüb.

Görüş zamanı Prezident İlham Əliyevin Jelka Cvijanović ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, ölkələr arasında münasibətlərin inkişaf etdiyi qeyd olunub. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Jelka Cvijanović ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirib.

Söhbət zamanı həmçinin XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, tədbirin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb. Qeyd edilib ki, forumda hər zaman olduğu kimi bu il də, xüsusilə dünyada mövcud geosiyasi vəziyyət fonunda aktual qlobal məsələlər müzakirə edilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.