Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qərar Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə əsaslanaraq qəbul olunub.
Rəsmi məlumatda vəzifədən azad edilmənin səbəbləri ilə bağlı əlavə detallar verilməyib.
Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.