İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri vəzifədən azad edilib

Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Elnur İbrahimov vəzifədən azad edilib, səlahiyyətlər müvəqqəti olaraq müavin Vüsal Məmmədova verilib.

367

Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində kadr dəyişikliyi baş verib. MSNews.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Digər sərəncamla Agentliyin İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası sədr müavini Vüsal Məmmədova həvalə olunub.

Qeyd edək ki, Elnur İbrahimov 2023-cü il mayın 2-də Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.