Husilərin lideri İranla həmrəylik mesajı verdi

Əbdülməlik əl-Husi Al Masirah TV-də çıxış edərək İsrail və ABŞ-a qarşı müqavimət çağırışı etdi, Sənada İranla həmrəylik aksiyası keçirildi, bölgədə gərginlik artdı. 

39

Yəməndə husilərin lideri Əbdülməlik əl-Husi, “Ənsarullah” hərəkatına bağlı “Al Masirah TV” telekanalında yayımlanan videomüraciətində İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölümündən dərin kədər duyduğunu bildirib və İran ərazisinə hücumları davam etdirən İsrailABŞ-a qarşı “müqavimət” çağırışı edib.

O, “çağımızın zalım tiranları” adlandırdığı ABŞ və İsraili İran xalqına qarşı “xain təcavüz”də ittiham edərək, bu hücumların regionda İsrailin nəzarətini möhkəmləndirməyə xidmət etdiyini deyib, İslam ümmətinin seçim qarşısında olduğunu vurğulayıb: ya zülmə boyun əymək, ya da Allaha güvənərək müqavimət göstərmək.

Husi İranın mövqeyini “ardıcıl və sarsılmaz” adlandırıb, cavabın “güclü və aydın” olduğunu qeyd edib, həmçinin “müqavimət və cihad oxu”nun və dünyanın azad xalqlarının bu mövqeyə sadiq qaldığını bildirib. Onun çağırışından sonra minlərlə yəmənli paytaxt Sənada İranla həmrəylik aksiyası keçirib.

Məlumata görə, 28 fevralda İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb, Tehran isə cavab olaraq İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb ƏmirlikləriBəhreyndə müəyyən edilmiş hədəflərə zərbələr endirib. İran Qızıl Aypara Cəmiyyətinin açıqlamasına əsasən, bombardmanlar nəticəsində 201 nəfər ölüb, 747 nəfər yaralanıb.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026